Pep Qvardiola millimizin biabırçı məğlubiyyətini izləyib

11:37 23 Noyabr 2018

Yığma komandamızın Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə Kosovoya 0:4 hesabı ilə uduzduğu oyunu Avropanın skautları və "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola da izləyib.

 

Sportarena.az xəbər verir ki, Qvardiola bu görüşdə millisində debüt edən 20 yaşlı qolkiper Ariyanet Muriçin oyununa baxıb və razılıq edib.

 

Qeyd edək ki, Muric 2015-ci ildə "Mançester Siti"yə İsveçrənin "Qrasshoppers" klubundan keçib. O, bu il Kosovo yığmasını seçib.


Digər xəbərlər

Xəbər xətti