17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının 2019/2020-ci mövsümünün seçmə mərhələsindəki rəqibləri məlum olub.
Sportarena.az xəbər verir ki, U-17 5-ci qrupda Norveç, Sloveniya və Farer adaları ilə mübarizə aparacaq.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
17 oktyabr
Azərbaycan - Sloveniya
20 oktyabr
Norveç - Azərbaycan
23 oktyabr
Azərbaycan - Farer adaları
Bu qrupun oyunları Farer adalarında keçiriləcək