Millimizin futbolçusu “Fənərbaxça”ya qarşı oynaya bilər

19:30 23 Noyabr 2018

Bu gün futbol üzrə Türkiyə kubokunda 5-ci turun püşkü atılıb.


Sportarena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün formasını geyindiyi “Girəsunspor”un da rəqibi məlum olub. Türkiyənin 1-ci liqa təmsilçisi kubokun 5-ci turunda Super Liqada mübarizə aparan “Fənərbaxça”yla qarşılaşacaq. “Girəsunspor” ilk matçı səfərdə keçirəcək.  Millimizin sabiq forvardı Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” aşağı liqa təmsilçisi “Hatayspor”la üz-üzə gələcək. Yığma komandamızın digər sabiq üzvü – Ufuk Budaklı “Boluspor” da “Van Böyüşkşəhər Bələdiyyəspor”la mübarizə aparacaq. “Girəsunspor”dan fərqli, bu iki komanda ilk oyunlarını evdə keçirəcək.


5-ci turun ilk görüşləri 4-5 və 6 dekabrda baş tutacaq. Cavab qarşılaşmaları isə 18-19 və 20 dekabrda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti