"Beşiktaş"ın heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, "qara qartallar"ın təcrübəli müdafiəçisi Pepe sıradan çıxıb. 34 yaşlı futbolçu UEFA Millətlər Liqasının Portuqaliya - Polşa matçında (1:1) zədələnib.
Əzələsində yırtıq aşkarlanan Pepenin müalicəsinə başlanılıb. Portuqaliyalı futbolçu 15 gün yaşıl meydanlardan kənar qalacaq. Belə olan halda o, sabah Türkiyə Super Liqasının 13-cü turunda "Ankaragücü" ilə, Avropa Liqasında "Sarpsporq"la matçda və növbəti həftə baş tutacaq "Beşiktaş" - "Qalatasaray" derbisində oynamayacaq.