Azərbaycan milli komandasının Kosovoya 0:4 hesabı ilə uduzması böyük müzakirələrə səbəb olub.
Sportarena.az xəbər verir ki, xüsusən qapıçımız Kamran Ağayevin zədəli olmadığı halda səfərə zədəni bəhanə gətirib getmədiyi bildirilir. Bununla bağlı millinin həkimi Vyaçeslav Xomenko “Xəzər TV”yə açıqlamasında duruma belə aydınlıq gətirib:
“Oyunun fasiləsində baxdıq və yüngül zədə olduğunu gördük. Matça davam edib-etməməsini soruşduq. Oynamaq istəmədi, razılaşdıq. Kosovo ilə qarşılaşmadan öncə isə kiçik zədəsi davam edirdi. Amma ciddi deyildi. Belə şeylərə tez-tez rast gəlinir. Getməmək qərarını özü verdi”.