Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Fucairah şəhərində keçirilən taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulub.
Sportarena.az xəbər verir ki, çempionatda təmsil olunan Azərbaycan yığması yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Bərabər səviyyədə keçən qarşılaşmadan Rusiya komandası qalib ayrılaraq finala yüksəlib. Meksika və Bakıda keçirilən dünya kuboku və komandalararası dünya çempionatında qalib olan millimiz bu yarışı bürünc medalla başa vurub. Finalda isə Rusiya və İran taekvondoçuları qarşılaşıb. Çempionatın qalibi İran millisi olub.
Baş məşqçilər Rza Mehmandost, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə yarışda uğurlu çıxış edən millimiz bu gün vətənə dönəcək.