Futbol üzrə İrlandiya millisinin yeni baş məşqçisi məlum olub.
Sportarena.az xəbər verir ki, Mik Makkarti yığmanın “sükanı arxasına” gətirilib. Bu barədə İrlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Makkarti AÇ-2020-nin sonuna qədər milli komandanı çalışdıracaq. AÇ-2020-dən sonra isə Makkartini Stefan Kenni əvəzləyəcək.
Bir neçə gün əvvəl Martin O Nil İrlandiya millisinin baş məşqçi postundan göndərilmişdi.