Qurban Qurbanov millinin qapılarını Kamranın üzünə bağlayacaq?

12:20 27 Noyabr 2018

Kamran Ağayev qeyri-müəyyən müddətədək milliyə dəvət almayacaq.

 

Sportarena.az xəbər verir ki, bu, onun sağlıq durumu ilə bağlı deyil, qərar Qurban Qurbanova məxsusdu. Yığmanın baş məşqçisini bu fikrə gəlməyə sövq edən «Keşlə»nin qapıçısının Kosovo səfərindən öncə atdığı addımdı. Belə ki, Farer adhaları ilə görüşdə ayağından zədə almasını bəhanə gətirən və meydandan çıxan kiper daha sonra Balkan ölkəsinə yollanmaqdan boyun qaçırıb.

 

Hərçənd MRT müayinəsi zamanı Ağayevin zədəsinin elə də ciddi olmadığı üzə çıxıb. Yəni, istəsəydi, nəinki səfərə, hətta meydançaya da çıxa bilərdi. Lakin o, Millətlər Liqasının ən məsul oyununda komanda yoldaşlarını tək qoydu, müxtəlif bəhanələrlə Kosovoya getməkdən yayındı.


Digər xəbərlər

Xəbər xətti