UFC çempionu Həbib Nurməhəmmədovun potensial rəqibləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt ESPN-ə açıqlamasında deyib "Nurməhəmmədov - Makqreqor möhtəşəm döyüşü bütün rekordları qırdı. Həbib qalib gəldi. Bu, o deməkdir ki, artıq amerikalılar - Toni Ferqyuson və Dastin Puarye ilə döyüşə, eləcə də Makreqor onunla revanş görüşü keçirə bilər".
Qeyd edək ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdə qalib gəlib.