Arsenal”ın azarkeşləri Henrix Mxitaryana əsəbiləşib.
Sportarena.az xəbər verir ki, erməni futbolçunun zəif çıxışı fanatları özündən çıxarıb.
Onlar feysbukda bununla bağlı maraqlı paylaşım ediblər. Paylaşımda isə bu sözlər yazılıb: “Arzulayıram ki, kaş London Azərbaycanın bir hissəsi olardı və Mxitaryanın ora girişi qadağan edilərdi”.
Rəsmi Bakı Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyi üçün Ermənistan vətəndaşı olan Henrix Mxitaryanın ölkəmizə girişinə qadağa qoyub.
Bu səbəbdən o, 2015-ci ildə “Borussiya”da (Dortmund) oynayarkən Bakıda “Qəbələ”, 2018-ci ildə “Arsenal”la “Qarabağ”la oyuna gələ bilməyib.