Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün avrokubokda ik oyununa çıxacaq.
"Rekord.az" xəbər verir ki, ölkəmizin qitə miqyaslı yarışlarda yeganə təmsilçisi Belçikada yerli "Hermes" klubuna qarşı mübarizə aparacaq. Komandamızın "Challenge Cup"ın 1/16 final mərhələsində ilk görüşü bu gün "Mister V-Arena Oostende" arenasında baş tutacaq. Famil Ağayevin baş məşqçiliyi ilə meydana çıxacaq təmsilçimizin heyəti isə əvvəlki illərlə müqayisədə zəifdir. Buna görə də, "Azərreyl"in meydandan qalib ayrılma şansı yüksək görünmür. Lakin gənc oyunçularla səfərə yollanan komandamızın sonadək mübarizə aparıb uğurlu nəticə üçün yarışacağı da şübhəsizdir.
Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən, cütün cavab oyunu Bakıda deyil, noyabrın 29-da yenə "Mister V-Arena Oostende" arenasında keçiriləcək.
"Challenge Cup"
1/16 final (ilk oyun)
28 noyabr
17:30 "Hermes" - "Azərreyl"