Hannes Halldorsson: "Mənim üçün qəhrəman olmaq önəmli deyil"

15:24 28 Noyabr 2018

Avroliqanın qrup mərhələsinin V turuna start verilir

 

Sportarena.az xəbər verir ki, sabah Ağdam təmsilçisi Bakıda Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında komnadamızın qapıçısı Hannes Halldorsson görüş barəsində fikrilərini bildirib:

 

"Sabahkı matç çox önəmlidir. Qələbə qazansaq növbəti mərhələ şanslarınımız davam edir. Çalışacayıq ki, bunu bacaraq".

 

- Siz kifayət qədər təcrübəli oyunçusunuz.Sizcə, bu qrupdan çıxmaq mümkündür ?

- Futbolda hər şey olur. Təbii ki, mümkündür. Sabah qələbə qazansaq çox böyük addım atmış olacayıq. Məncə, şansımız var.

 

- Milli komandada çox qəhrəmanlıq etmisən. Ancaq bura gələndən çox da böyük işlər görməmisən. Sabahkı oyunun qəhrəmanı ola bilərsən ?

- Qəhrəman olmaq üçün çox çalışmaq lazımdır. Mənim üçün bu çox da önəmli deyil ki, qəhrəman olum. Digər komanda yoldaşımda qəhrəman ola bilər. Önəmli olan qələbə qazanmaqdır.


Digər xəbərlər

Xəbər xətti