"Sportinq"in baş məşqçisi Marsel Kayzerin UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la qarşılaşacaqları matçdan əvvəl mətbuat konfransı keçirilib.
Sportarena.az komanda.az-a istinadən xəbər verir ki, Lissabon təmsilçisinin çalışdırıcısı sabahkı matçla bağlı bunları deyib:
- Bu oyunda əsas məqsədiniz nə olacaq?
- Əsas məqsədimiz qələbə qazanmaqdır.
- Sizcə,komandanızın oyuna yanaşması necə olacaq?
- Öz oyunumuza köklənməliyik. Yaxşı oyunla qələbə qazanmaq istəyirik.
- Siz komandayla 3 həftədir ki, işləyirsiz. Komandada hansı dəyişikliklər olacaq?
- Hər həftə yeni nəsə öyrənirəm. Müəyyən oyun komponentlərini dəyişmək olar.
- "Sportinq"in Avroliqadakı oyunlarını izlədikdə nələri gördüz?
- Sabahkı oyunda da komandadan ruh yüksəkliyi ilə oynamağı gözləyirəm.
- Məğlubiyyətə hazırsızmı?
- Hər iki komanda sabah meydana qələbə üçün çıxacaq.
- "Qarabağ"ın nə demək olduğu haqda məlumatınız varmı?
- Əlbəttə, eşitmişəm. Lakin Azərbaycanda ilk dəfədir oluram.
- Çoxlu itkiləriniz var, çıxış yolunu nədə görürsüz?
- 25 futbolçumuz var. Bir sıra oyunçularımız Lissabonda qalıb. Bura 18 futbolçuyla gəlmişik. Yaxşı oyun sərgiləcəyimizə inanıram.