UEFA-nın Klub Yarışlarının Təşkili Komitəsinin sədri Mixael Heselşverdt Bakıya gəlib.
Sportarena.az xəbər verir ki, Heselşverdt Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün "Qarabağ"ın "Sportinq"lə keçiriləcək oyununu izləyəcək. Bu barədə Ağdam klubunun rəsmi "facebook" hesabı məlumat yayıb. Mixael Heselşverdt avrokubokların püşkatmasını həyata keçirir.
Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də start götürəcək.