"Keşlə"nin futbolçusu hakimlə toqquşdu, kəllə-beyin travması aldı

12:20 30 Noyabr 2018

Dünən Azərbaycan I Divizionunun 12-ci turu çərçivəsində keçirilən "Keşlə-2" - "Neftçi-2" (3-1) matçı zamanı xoşagəlməz hadisə yaşanıb.

 

Sportarena.az premyer.az-a istinadən xəbər verir ki, "Keşlə-2"nin futbolçusu Şirməhəmməd Məmmədov qarşılaşmanın 1-ci hissəsinin əvvəlində oyun epizodu zamanı müvazinətini saxlaya bilməyərək, meydançadan kənara çıxıb.

 

Bu zaman onun başı yan xətt hakimi Elmin Süleymanovun dizinə dəyib. Bir müddət meydandan kənarda həkim nəzarətində olan futbolçu, yenidən meydana qayıdıb. Amma qarşılaşmanın 40-cı dəqiqəsində qırmızı vərəqə alaraq, baş hakim İnqilab Məmmədov tərəfindən meydandan qovulub. Bundan sonra özünü yaxşı hiss etməyən futbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Müayinə zamanı onun kəllə-beyin travması aldığı məlum olub. İddiaya görə. Şirməhəmməd Məmmədovun alın sümüyündə sınıq aşkar olunub. Onun ən az iki ay yaşıl meydanlardan kənar qalacağı deyilir. 


Digər xəbərlər

Xəbər xətti