Azərbaycan Kuboku başa çatdı

17:09 30 Noyabr 2018

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.

 

Sportarena.az xəbər verir ki, körpücük üzərinə son olaraq 89, 96, 102, 109 və +109 kq çəki dərəcələrində mübarizə aparan kişilər çıxıb. Bu çəkilərdə müvafiq olaraq Ceyhun Tağızadə, Nailxan Nəbiyev, Əliş Nəzərov, İsmayıl Qurbanov və Həsənbəy Həsənzadə qızıl medala sahib çıxaraq Azərbaycan Kubokunun qalibi adını qazanıblar.

 

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidi.


Digər xəbərlər

Xəbər xətti