"Neftçi" 21 yaşlı futbolçunu transfer etdi - FOTO

13:43 1 Dekabr 2018

“Neftçi” PFK heyətini gücləndirmək baxımından növbəti addımı atıb. 


Sportarena.az xəbər verir ki, vətəni Qvineyada istedadı ilə seçilən futboçulardan olan Mamadu Kane ilə 3 illik müqavilə bağlanıb.  Oktyabrın 15-dən "Neftçi”də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidi. O, yeni komandasının heyətində 36 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, bundan əvvəl Qvineyanın "Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.


Digər xəbərlər

Xəbər xətti