Elşad Əhmədov: "Keyfiyyətli hücum alındıra bilmirik"

20:20 1 Dekabr 2018

Topaz Premyer Liqasında XIII turunda “Sabah” evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Əhmədov əvvəlcə matç haqda danışıb:

 

- Maraqlı oyun keçdi. Matçda hər şey oldu: qollar, sarı, qırmızı vərəqələr, qol imkanları... Hər iki komanda qələbə qazanmaq istəyirdi. Standart vəziyyətlərdən əziyyət çəkdik. Bunların “bəhrəsini” gördük. İkinci hissədə uşaqlar oyunu əldən buraxmaq istəmirdi. Şanslarımız oldu. 1 xal qazana bilərdik. “Neftçi”nin irəlidə keyfiyyətli futbolçuları var. Onların sayəsində də imkanlar yaradıb, qol vururlar.

 

- Meydanda başqa nə olmalı idi ki, “Sabah” qol vursun, xal qazansın?

- Hər şey var idi, sadəcə, keyfiyyətli hücum alındıra bilmirik.

 

- Nə çatmırdı?

- Deyək ki, hücum vaxtı imkanlardan yararlanmamaq problemi var. Rəqib müdafiəçini keçə bilməmək, düzgün ötürmə edə bilməmək və s.

 

- Elşən Abdullayev nə zamana hazır olar?

- Gələn oyun meydana çıxa bilər. Həkimlərin qərarından asılı olacaq.


Digər xəbərlər

Xəbər xətti