Rusiya Premyer Liqasında 16-cı turun bir oyunu təxirə salınıb.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"un “Orenburq”la səfər matçı əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb.
Orenburqdakı "Qazovik" stadionunda keçirilməli olan qarşılaşmanınn startına yaxın temperatur -17 dərəcəyə enib. Premyer Liqanın reqlamentinə görə havanın temperaturu mənfi 15 dərəcədən aşağı düşərsə, klublar oyunun keçirilməsindən imtina edə bilər.
Görüşün keçirilmə vaxtı haqda məlumat verilməyib.