Kathryn Mayorga adında amerikalı qadın 2009-cu ildə Ronaldonun Las Vegasda bir oteldə ona təcavüz etdiyini iddia etmişdi.
Sportarena.az xəbər verir ki, Almanniyanın “Der Spigel” jurnalı hadisənin ardından 2009-cu il sentyabr ayında Ronaldonun hadisə ilə bağlı verdiyi ifadəni ortaya çıxarıb.
İfadəyə görə Ronaldo “o gecə nələr olduğu” sualına belə cavab verib: “Onunla birlikdə olduq. Əslinda istəmədiyini söyləyirdi, lakin hərəkətləri bunun tam tərsini ifadə edirdi”.
İfadənin ardında deyilir ki, Ronaldo əməlinə görə gənc qadından üzr istəyib. Vəkilin “Sən nə dedin, o nə dedi?” sualını cavablandıran Ronaldo bildirib:
“Yeni tanış olduğumuz üçün birlikdə olmağımızın uyğun olmayacağını dedi. Ama buna rəğmən məni təşviq etdi”.