Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” - “Zirə” qarşılaşmasının əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salındığını xəbər vermişdik.
Sportarena.az xəbər verir ki, qatı duman səbəbindən 58-ci dəqiqədə dayandırılan qarşılaşmanın daha öncə sabah 14:00-da qaldığı yerdən davam etdiriləcəyi barədə xəbərlər yayılmışdı.
Artıq Peşəkar Futbol Liqası da bu oyunla bağlı rəsmi qərarı açıqlayıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, sözügedən oyun sabah - dekabrın 3-də, saat 13:00-da saxlanıldığı dəqiqədən davam etdiriləcək.
Qeyd edək ki, oyunda hesab açılmayıb - 0:0.
**********
Topaz Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq. "Qəbələ" evdə "Zirə"ni qəbul edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ” – “Keşlə” oyunu ilə yekun vurulacaq.
2 dekabr (bazar)
Topaz Premyer Liqası, 13-cü tur
17:00 “Qəbələ” – “Zirə” 0:0
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu