Topaz Premyer Liqanın 13-cü turunda keçirilən “Qəbələ” – “Zirə” oyunu yarımçıq dayandırılıb.
Sportarena.az xəbər verir ki, buna səbəb Qəbələ şəhər stadionunda qatı dumanın olmasıdır. Vəziyyəti nəzərə alan görüşün baş hakimi Vüqar Həsənli matçı müvəqqəti olaraq – 15 dəqiqəlik dayandırıb, futbolçuları isə paltardəyişmə otağına göndərib.
Qeyd edək ki, hələlik matçda hesab açılmayıb.