“Sabah” Futbol Klubu Topaz Premyer Liqasının 13-cü turunda qarşılaşdıqları “Neftçi” ilə oyuna dair daha bir bəyanat yayıb.
Sportarena.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
“Neftçi" klubunun ötən gün "Əlincə Arena"da yaşananlarla bağlı peşəkar mövqe tutmasını alqışlayır, məsələyə operativ reaksiya və adekvat qiymət verdikləri üçün klubun rəhbərliyinə təşəkkür bildiririk. İnanırıq ki, biz birlikdə daha güclü olacağıq və birlikdə çalışaraq, ölkə futbolunun inkişafına, gələcəyinə töhfə verəcəyik. Qoy, qarşılıqlı hörmətlə keçən mübarizədə güclü qalib gəlsin!”