Sənan Qurbanov: "Bu gün tələskənliyə yol verirdik"

14:01 3 Dekabr 2018

Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçından sonra meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qolsuz bərabərliklə nəticələnən matç haqda fikirlərini bölüşüb. 

 

-    “Keşlə”ylə oyunu yaxşı keçirmişdik. Görünür komandanı çox təriflədim. Mübarizə apardıq. Amma real qol imkanımız olmadı. Ceymsin yoxluğu hiss olundu. Kəsərli hücum qura bilmədi.

 

-    4-cü pilləyə qalxmaq şansını qaçırdınız. “Qəbələ”nin oyunçuları “Zİrə”dən o qədər zəifdi ki, çoxluqda qalmış komandanız qol imkanı yaratmadı?
-    Məncə, dünənki səhvlərdən nəticə çıxarmışdıq. İstək, qalib gəlmək istəyi bu gün var idi. Məncə, bu gün tələskənliyə yol verirdik. Bu da top itkiləriylə nəticələnirdi.

 

-    “Qəbələ” o qədər zəif komandadı ki, bir tək Adeniyidən asılıdı?
-    Elə geniş heyətimiz yoxdu. Ancaq hər bir futbolçumla qürur duyuram. Məncə, Stiven Monroz tək qalmışdı.

 

-    Rauf Əliyevdə hansı problem var? Nə heyətə düşə bilmir, meydançada olanda da gözə dəymir.
-    Rauf yaxşı futbolçudu. Sadəcə, məşqə əsasən heyəti qururam. Ona şans verirəm. Sadəcə, bu şansdan istifadə etməlidi. (Sport24.az)


Digər xəbərlər

Xəbər xətti