“Real Madrid”in yarım müdafiəçisi Luka Modriç Ballon D’Or mükafatının qalibi olub.
Sportarena.az xəbər verir ki, O, “Juventus”un hücumçusu Kriştiano Ronaldonu və “Atletiko Madrid”in ulduz oyunçusu Antuan Qrizmanı qabaqlayaraq, 2018-ci ilin Fifa Ballon D’Or mükafatını qazanıb.
Xorvatiya milli komandasının kapitanı, 33 yaşlı Modriç kariyerasında ilk dəfədir ki, dünyada ən yaxşı oyunçu tituluna layiq görülüb.