PFL kubok oyunlarının başlama saatını dəyişdi

17:24 4 Dekabr 2018

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Ağsu” – “Sabah”, “Kəpəz” – “Səbail”, “Qaradağ Lökbatan” - “Sumqayıt” oyunlarının başlanma vaxtında dəyişiklik edilib.


Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi 14:00-da yox, 13:30-da başlanacaq. PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq bu addımı atıb.

 

Mərhələnin “Şüvəlan” - “Keşlə” matçının başlanma vaxtı 17:00 saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti