Moskva “Lokomotiv”nin 18 yaşlı futbolçusu Aleksey Lomakin həyatını itirib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi “Tvitter” hesabı məlumat yayıb. Rusiya mətbuatı yazıb ki, tibbi ekspertizadan sonra gənc futbolçunun don vurmadan öldüyü bəlli olub. Dostunun verdiyi açıqlamada Lomakinin ölümündən əvvəl spirtli içki də qəbul etdiyini deyib.
Qeyd edək ki, A.Lomakin Moskva klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü idi.