Türkiyə Kubokunda 5-ci mərhələnin oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, son vaxtlar Azərbaycan millisinə çağırılmayan Dəniz Yılmazın komandası - "Gənclərbirliyi" öz meydanında "Hatayspor"la üz-üzə gəlib.
Qarşılaşma Ankara təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Gənclərbirliyi" 71 və 90-cı dəqiqələrdə qol vurub. Dənizə gəlincə, "milliləşdirilmiş” forvard matçın 80-ci dəqiqəsində oyuna qoşulub.