Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki bağırsaq problemləri səbəbindən ikinci dəfə əməliyyat olunub.
Sportarena.az xəbər verir ki, ikinci tibbi müdaxiləyə Sarayevodakı klinik mərkəzdə ehtiyac duyulub. Onun hazırda durumunun yaxşılığa doğru dəyişdiyi bildirilib.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.