Bu gün 17 yaşadək futbolçular arasında "AVRO-2020"nin seçmə mərhələsinin püşkü atılıb.
Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Millimiz Almaniya, Yunanıstan və Qazaxıstanla birlikdə 9-cu qrupa düşüb.
Qeyd edək ki, final mərhələsi Estoniyada keçiriləcək yarışda 52 komanda seçmə mərhələdən mübarizəyə qoşulacaq. Bu yığmalar 13 qrupa bölünüb. İspaniya və İngiltərə birbaşa elit-raunddan mübarizəyə start verəcək.
Seçmə mərhələ 2019-cu ilin payızında keçiriləcək. Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında 4 ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq.
1-ci qrup: Belçika, Polşa, Makedoniya, Lixtenşteyn.
2-ci qrup: İtaliya, Türkiyə, Şimali İrlandiya, Lüksemburq.
3-cü qrup: İrlandiya, İsrail, Monteneqro, Andorra.
4-cü qrup: İsveç, Danimarka, Farer adaları, Litva.
5-ci qrup: Fransa, Slovakiya, Cənubi Kipr, Cəbəllütariq.
6-cı qrup: Serbiya, Macarıstan, Belarus, Latviya.
7-ci qrup: Şotlandiya, Xorvatiya, İslandiya, Ermənistan.
8-ci qrup: Portuqaliya, Ukrayna, Gürcüstan, Albaniya.
9-cu qrup: Almaniya, Yunanıstan, Azərbaycan, Qazaxıstan.
10-cu qrup: Rusiya, İsveçrə, Rumıniya, San-Marino.
11-ci qrup: Bosniya və Hersoqovina, Çexiya, Finlandiya, Moldova.
12-ci qrup: Hollandiya, Sloveniya, Uels, Kosovo.
13-cü qrup: Avstriya, Norveç, Bolqarıstan, Malta.