"Qarabağ"ın futbolçusu TURUN ƏN YAXŞISI OLDU

15:32 6 Dekabr 2018

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 13-cü turunun ən yaxşı futbolçusu məlum olub

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, “Qarabağ”ın oyunçusu Mahir Mədətovdur.

“Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olan millinin üzvü het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.


Digər xəbərlər

Xəbər xətti