“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan” üzərində 4:0 hesablı qələbəni şərh edib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis futbolçularının xarakter göstərdiyini bildirib:
“İlk olaraq komandanı təbrik edirəm. Belə meydançada xarakter göstərdilər. Gənclərə və az oynayan uşaqlara şans vermişdik. Rəqibə də uğurlar arzulayırıq”.
Qeyd edək ki, böyükhesablı qələbədən sonra adını 1/4 finala yazdıran “Sumqayıt” bu mərhələdə “Neftçi”yə rəqib olub. Komandalar arasında ilk oyun dekabrın 15-də, cavab matçı isə 4 gün sonra olacaq.