"Adana Dəmirspor" Turkiyə Kubokunun 1/16 final mərhələsinin ilk oyununda doğma meydanda "Başakşəhər"lə heç-heçə (1:1) oynayıb.
Sportarena.az xəbər verir ki, Super Liqanın liderinə qarşı layiqli mübarizə aparan və meydanda heç-heçə ilə ayrılan Adana klubunun baş məşqçisi Yılmaz Vural sevincini azarkeşlərin oxuduğu mahnı ilə rəqs edərək qeyd edib.