U-15 Liqası: “Qarabağ” İmişlidən 3 xalla qayıdır

21:00 7 Dekabr 2018

Bu gün U-15 Liqasında 11-ci tura start verilib. İlk oyun günü cəmi 1 qarşılaşma gerçəkləşib.

 

“Qarabağ” İmişlidə “Mil-Muğan”ın qonağı oldu və 3 xalı 4 qolla qazanıb. Xəyal Həsənovun yetirmələrindən Nəriman Axundzadə, Rəvan Əvəzov, Cəfər Hüseynov və Cahandar Əliyev fərqləniblər.

Turun qalan 7 oyunundan 6-ı sabah, 1-i isə bazar gününə təyin olunub. Ən çox maraq doğuran qarşılaşma – “Qəbələ” – “Sabah” oyunu da məhz şənbə günü keçiriləcək.

 

 

11-ci tur

08 dekabr (şənbə)

 

12:00 “Qəbələ” – “Sabah” (Qəbələ şəhər stadionu)

14:00 “Neftçi” – “Zaqatala” (Lökbatan OİK-nin meydanı)

14:00 “Sumqayıt” - Gəncə TİM (Sumqayıt, “Kapitalbank Arena”)

15:00 “Xilə” – “Neftçi” (Şağan OİK-nin meydanı)

15:00 “Zirə” - «Keşlə» (Aviasiya Akademiyasının stadionu)

 

09 dekabr (bazar)

15:30 İsgəndər Cavadov BFA – “Səbail” (Abşeron OİK-nin meydanı)

 

 

Bombardirlər: Şahmar Aşurov (“Sabah”) – 23 qol, Oruc Məmmədov (“Neftçi”) – 22 qol.

 

“Het-trik news” qəzeti



Digər xəbərlər

Xəbər xətti