Ağsuda ilklərlə zəngin oyun

23:00 7 Dekabr 2018

Dünən start götürən Azərbaycan kubokunun 2018/19 mövsümünün ilk qolunun müəllifi Bəxtiyar Soltanov olub.

 

Sportarena.az xəbər verir ki, “Sabah”ın 29 yaşlı yarımmüdafiəçisi “Ağsu” ilə səfər oyununda hesabı açıb. Ağsuda keçirilən görüşün 6-cı dəqiqəsində vurulan bu top həm də klubun tarixinə düşüb. Bu, paytaxt təmsilçisinin tarixində Azərbaycan kubokunda vurulan ilk qol olub.

 

“Ağsu”nu 3:0 hesabı ilə məğlub edən “Sabah” ölkə kubokunda özünün ilk qələbəsinə imza atıb.


Digər xəbərlər

Xəbər xətti