“Formula-1”in finlandiyalı pilotu Kimi Raykkonen Peterburqda mükafatlandırma mərasiminə qatılıb.
Sportarena.az xəbər verir ki, Kimi Beynəlxalq Avtomobil Federasiyasının mükafatlandırması zamanı səhnəyə sərxoş halda çıxıb. Əvvəlcə ləngirləyərək səhnəyə çıxan Raykkonen daha sonra yanındakılara söykənib. İdmançı keçmiş tərəf-müqabili Sebastayn Fettelə nəyisə başa salmağa çalışması ilə də diqqət çəkib.
Kiminin həyat yoldaşı isə bütün baş verənləri sakitcə kənardan izləyib. (Qafqazinfo)