Qurban Qurbanov daha bir vəzifəsindən getdi

16:00 8 Dekabr 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin ardından AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verməyi qərara alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssisin özü bildirib. 

O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti