Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" azərbaycanlı futbolçu Ayaz Quliyevin oynadığı “Rostov”u qəbul edib. Matç meydan sahiblərinin 1-0 hesablı qələbəsiylə yekunlaşıb.
Ramil Şeydayev qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub. Ramil 82-ci dəqiqədə sarı vərəqə alıb. Ayaz Quliyev isə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.