Portuqaliya çempionatında XII turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" klubu "Kovilya" ilə üz-üzə gəlib. Doğma meydanda "Kovilya"nı minimal hesabla məğlub edən "Eştoril" xallarını 23-ə çatdırıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, bu görüşdə Renat Dadaşob 80 dəqiqə meydanda olub.