Hücum xəttində ciddi problemlər yaşayan "Qalatasaray" Mario Balotelliyə elçi düşüb.
Sportarena.az xəbər verir ki, baş məşqçi Fatih Terimin də italiyalı forvardın alınmasına razılıq verdiyi bildirilir. Artıq "Qalatasaray" rəhbərliyi "Nitsa" ilə danışıqlara başlayıb. Tərəflərin gələn həftə danışıqlar masasına əyləşəcəyi bildirilir.
Balotellinin "Nitsa" ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. Klub prezidenti Jean-Pyer Rivere bir neçə gün əvvəl bildirib ki, italiyalı forvardla yeni müqavilə imzalamayacaqlar. Beləliklə, Balotelli yanvardan etibarən istədiyi klubla danışıqlara başlaya və yayda azad agent kimi transfer oluna bilər. Amma hücumçuya ehtiyacı olan "Qalatasaray" kiçik transfer haqqı qarşılığında qışda onu heyətiqə qatmaq istəyir.