Topaz Premyer Liqasının XIV turunda "Qarabağ" klubu "Zirə"ni 6:0 hesabı ilə darmadağın edib.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm. Çempionatın son oyununda vacib qələbə qazanıq. Rəqibin itkiləri var idi. Samir Abasova uğurlar arzulayıram”.
- İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu, "Arsenal"la oyuna hazırlıq xarakteri daşıyırdı?
- Hələ tam qərar verməmişəm. Oyundan əvvəl də belə fikrim var idi. Avropa Liqasında da bu sxemlə oynaya bilərik.
- Komanda "Arsenal"la matça nə dərəcə hazırdı?
- Hamı bilir ki, son oyundur. Düşünürəm ki, diqqətli və ciddi hazırlaşmalıyıq. Bu gündən başlamalıyıq.
- Bədavi Hüseynov ucaboylu müdafiəçilərdəndir. Amma künc zərbələrində irəli getmir…
- Uca boylu olmaq başla yaxşı oynamaq demək deyil.
- Penalti epizodunda Araz Abdullayev topa yaxınlaşdı. Bunu özü istədi?
- Araz bizim vacib oyunçularımızdan biridir. O Ukraynadakı matçda da fərqlənib. Sadəcə qolu vura bilmədi.
- Komandada yüksəliş var. Futbolçular təzyiqdən azad olublar?
- Hardasa ola bilər. Son vaxtlar hücumları qurmaq üçün daha çox çalışırıq. Bütün mövqeləri analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik.
- Emeqara zədəlidir. Onun komandadan ayrılmaq ehtimalı varmı?
- Heç bir qərar verməmişik. Heç kimlə bu barədə danışmamışam. Hər biri bizim oyunçudur.
- Dünən milli komanda ilə yollarınızı ayırdınız. Özünüzü necə hiss edirsiniz?
- Normal. Millədə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu.