"Qələbə qazanmaq istəyirdik. Alınmadı, düzgün oynaya bilmədik".
Sportarena.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.Topaz Premyer Liqasının XIV turunda "Sumqayıt"ı qəbul edən "ağ-qaralar” qolsuz bərabərliyə nail olub.
Oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransına qatılan çalışdırıcı liderin xal itkisinə qısa şərh verib: "Hücum futbolunu düzgün oynamağı bacarmadıq. Sona yaxın çalışdıq qol vuraq. Düzgün zonaları tapa bilmədik. Həmin anlarda da qol vura bilmədik. Bu gün bizim günümüz deyildi. Hələ ki liderik”.