Rusiya çempionunu hamamda “tok” vurub öldürdü - FOTOLAR

14:05 10 Dekabr 2018

Pankration üzrə Rusiya çempionu İrina Rıbnikova bədbəxt hadisə nəticəsində vəfat edib.

 

Sportarena.az xəbər verir ki,idmançı İrkutsk vilayətindəki şəxsi evində elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

Belə ki, 15 yaşlı İrina mobil telefonu ilə hamam otağına daxil olub. O, telefonunu orada elektrik enerjisi şəbəkəsinə qoşub. Lakin gözlənilmədən telefon suya düşüb və yeniyetmə cərəyan vurması nəticəsində ölüb. (Qafqazinfo)



Digər xəbərlər

Xəbər xətti