"Neftçi”nin futbolçusu Rəhman Hacıyev "Sumqayıt”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib.
Sportarena.az xəbər verir ki hər xalın çöx önəmli olduğunu bildirən yarımmüdafiəçi artıq kubok oyunlarına köklənməyin vacib olduğunu deyib:
"Hər matça qələbə qazanmaq üçün çıxırıq. Çünki hər bir xal bizim üçün çox önəmlidir. Lakin bu oyun çox ağır oldu. Rəqib müdafiəyə "oturmuşdu”, qol buraxmamağa çalışırdı. Yalnız əks-hücumlara bel bağlayırdı. Ona görə də qol vurmağa çətinlik çəkdik. Düzdür, fərqlənmək üçün imkanlarımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Artıq kubok oyunlarına köklənməliyik ”.