Premyer Liqanın XIV turunu nə qədər azarkeş izlədi - RƏQƏMLƏR AÇIQLANDI

18:30 10 Dekabr 2018

Topaz Premyer Liqasında 14-cü  turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, turun ilk görüşü "Əlincə Arena"da "Sabah" və "Keşlə" arasında baş tutub. Qonaqların 2:1 hesablı qələbəsini stadionda 300 nəfər izləyib.

 

"Dalğa Arena"da baş tutan "Zirə" - "Qarabağ" matçında (0:6) 400, "Bayıl Arena"da reallaşan "Səbail" - "Qəbələ" qarşılaşmasında (0:0) isə 500 azarkeş qeydə alınıb.

 

Turun son oyunu "Bakcel Arena"da "Neftçi" və "Sumqayıt" arasında baş tutub. Qolsuz heç-heçə ilə başa çatan matçı 1000 nəfər izləyib.

 

Beləliklə, 14-cü turda 2200 azarkeş qeydə alınıb. Bu da hər oyuna 550 fanat deməkdir.


Digər xəbərlər

Xəbər xətti