AFFA-nın real namizəd gördüyü italiyalı məşqçi TƏKLİF ALDIĞINI TƏSDİQLƏDİ

01:29 11 Dekabr 2018

Milli komandamızın baş məşqçisi postuna ən real namizəd olan Canni de Byazi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 1 ildir ki, işsiz qalan mütəxəssis yeni macəranı həyəcanla gözlədiyini deyib. Lakin o, hansı yığmadan təklif aldığını açıqlamayıb:

 

"Xarici ölkənin milli komandasını çalışdırmaqla bağlı təklif almışam və hazırda bunun həyəcanını yaşayıram".

 

AFFA italiyalı mütəxəssislə bu həftə həlledici danışıqlar aparacaq. İtaliya mətbuatının məlumatına görə, 62 yaşlı çalışdırcı AFFA-nın şərtlərini qəbul etsə, təyinat baş tutacaq.

 

De Byazi İtaliyanın bir neçə klubunu çalışdırıb. O, 2011-2017-ci illərdə Albaniya millisinin "sükanı arxası"nda olub. Mütəxəssis komandanı tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxarmışdı. Mütəxəssis son olaraq, 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti