“Fənərbaxça”nın prezidenti Ali Koç komandanın uğursuz çıxışına görə futbolçuları cəzalandırıb.
Sportarena.az xəbər verir ki, son turda “Akhisar”a 0:3 hesablı məğlubiyyətdən sonra klub rəhbəri futbolçuların İstanbula təyyarə ilə yox avtobusla yollanmasına qərar verib.
4 saatlıq uzun yolçuluqdan sonra bazaya çatan oyunçuların bəziləri qərara etiraz edib. Legioner oyunçular Martin Şkrtel, Yassin Benzia və Roman Noyştadter cəzanın ağırlığından şikayətləniblər:
“Bu uğursuzluğun tək günahkarı biz deyilik. Qarşıdakı oyunlarda uduzsaq, hansı cəzanı alacağıq, bu düşüncə ilə meydana çıxacağıq?”.
Bildirilir ki, onlar özlərinə artıq yeni klub axtarırlar.