Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının "AVRO-2021"in seçmə mərhələsində keçirəcəyi oyunların vaxtları açıqlanıb.
Sportarena.az xəbər verir ki, yığmanın ilk matçı 2019-cu il iyunun 6-da səfərdə Lixtenşteyn kollektivinə olacaq. Milli yer aldığı 2-ci qrupun favoriti sayılan Fransa komandası ilə 2019-cu il oktyabrın 10-da rəqib meydanında, 2020-ci il sentyabrın 7-də isə Bakıda qarşılaşacaq.
2019-cu il
6 iyun
Lixtenşteyn – Azərbaycan
6 sentyabr
Azərbaycan - Slovakiya
10 sentyabr
Azərbaycan - Gürcüstan
10 oktyabr
Fransa - Azərbaycan
15 oktyabr
Azərbaycan – İsveçrə
14 noyabr
Azərbaycan – Lixtenşteyn
2020-ci il
26 mart
İsveçrə - Azərbaycan
7 sentyabr
Azərbaycan - Fransa
8 oktyabr
Slovakiya - Azərbaycan
13 oktyabr
Gürcüstan - Azərbaycan
Qeyd edək ki, Azərbaycan millisi Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə birgə 2-ci qrupda yer alıb. 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. "AVRO-2021"in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.