"Qarabağ" futbol komandası çarter reysi ilə Britaniyanın "Luton" hava limanına eniş edib.
Sportarena.az xəbər verir ki, komandanı gətirən təyyarə Bakı vaxtı ilə 23:30-da adıçəkilən hava limanında dayanıb.
Bildirək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İngiltərənin "Arsenal" komandası ilə görüşəcək. Londondakı "Emirates" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00 da start götürəcək. (Report)