"Topaz": Çempionlar Liqasının son oyunları

11:00 12 Dekabr 2018

Axşam keçiriləcək 8 oyunla  UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. Bu, qitənin ən nüfuzlu klub turnirində 2018-ci ilin son qarşılaşmaları olacaq və yarışda gələn ilin fevralınadək fasilə yaranacaq. Son turun son oyunları sırasında yalnız bir matç həlledici xarakter daşıyır. Söhbət Ukraynada keçiriləcək "Şaxtyor"-"Lion" görüşündən gedir. F qrupunda "Mançester Siti" lider kimi pley-offa vəsiqəni təmin etdiyindən burada yalnız 2-ci yerin taleyi maraqlıdır. 3-cü sıradakı "Şaxtyor" "Lion"dan 2 xal geri qaldığından axşamkı dueldə ukraynalıları yalnız qələbə qane edir. Qrupun yeganə məğlubiyyətsiz komandası "Lion" (1 qələbə, 4 heç-heçə) isə bu axşam da seriyanı davam etdirib azı 1 xal qazanarsa, bu halda PSJ ilə yanaşı 18 finala yüksələn 2-ci fransız klubu olacaq. 

 

Donetsk təmsilçisində zədə səbəbindən İvan Ordes, Dentinyo, Santos Pedro və Yaroslav Rakitskiy oynamayacaq. Fransızlarda isə eyni səbəbdən iki hucumçu - Amin Quiri və Maksvell Korne heyətdə olmayacaq. "Lion"un iki hucumçusu zədəli olsa da, heyətdə qol vurmağı bacaran xeyli oyunçu olduğundan qarşılaşmanın məhsuldar keçəcəyini gözləmək olar. Ümumiyyətlə, maraqlıdır ki, həm "Şaxtyor", həm də "Lion" qrupda keçirdiyi 5 oyunun hamısı "üst" bitib. O cümlədən tərəflərin Liondakı ilk qarşılaşması (2:2).  Siyasi səbəblərdən Donetskdə deyil, Xarkovda keçiriləcək bu maraqlı qarşılaşma Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Oyuna Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz"da həm canlı, həm "təkli" mərc edə bilərsiz. Əmsallar: "Şaxtyor"un qələbəsi 2, heç-heçə 3.40, "Lion"un qələbəsi 2.70.
 

Ümumiyyətlə, bu gün "Topaz"da Çempionlar Liqasının 8 matçından 6-sına "təkli" oyun kimi mərc edə bilərsiniz. Liqanın bütün 8 oyunu daxil olmaqla toplam 25 qarşılaşma canlı mərcə çıxarılacaq. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.


Digər xəbərlər

Xəbər xətti